6 C
Baku
Sunday, December 15, 2024

Kredit tarixçəsini necə yoxlamaq olar?

Gündəmin ən vacib məsələlərindən biri də, düzgün kredit tarixçəsidir. Hazırda, bir çox insanlar kredit əldə etmək üçün banklara müraciət edirlər. Kredit tarixçəsidə məhz bankın müştərisi olduğunuz zaman yaranır və daha sonra ödənişlərinizdən asılı olaraq, ideal və yaxud mənfi kredit tarixçəsi vəziyyətini alır.

Siz bankdan kredit əldə etdikdə və yaxud onlayn kredit müraciəti etdiyiniz zaman banka kredit tarixçəniz təqdim olunur. Məhz bu zaman kredit tarixçənizdə gecikmələrin olmaması, hətta ideal kredit tarixçəsinə sahib olmağınız çox vacibdir.

Əgər bir çox kredit borclarınızı heç bir gecikmə və cərimə olmadan bağlamısınızsa bu zaman siz ideal kredit tarixçəsi sahibi olursunuz. Bu zaman da növbəti dəfə hər hansı banka müraciət etdikdə, siz daha rahat şəkildə kredit əldə edə bilərsiniz. lakin əks halda, yəni bankdan götürdüyünüz kredit borcunuzu vaxtında ödəyə bilməyən və bir çox cərimələriniz olan bank müştərisinizsə, növbəti dəfə kredit əldə etmək istədiyiniz zaman bank nümayəndəsi sizə qeyri-ciddi müştəri kimi baxacaq. Təbii ki, bu zaman da kredit götürməyinizdə problemlərin yaranmağı qaçılmazdır.  Çünki, heç bir bank sizin kimi müştərilər ilə işləmək istəməz.

Kredit tarixçəniz isə Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti vasitəsilə yoxlanılır. Həmçinin kredit tarixçəsi haqqında məlumatı “ASAN xidmət” mərkəzlərindən də öyrənmək mümkündür.

Yəni, Banka müraciət etdiyiniz zaman, digər bankda heç bir kreditim yoxdur kimi yalnış məlumatlar verməyiniz məsləhət deyil. Çünki, bank kredit tarixçəniz haqqında sorğu göndərdiyi zaman, kredit haqqında bütün məlumatlar əldə olunur.

Son statistik açıqlamalara əsasən deyə bilərik ki,  hazırda ölkədə  Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətindən 41 bank və 35 BOKT istifadə edir. Dövr ərzində reyestrdə 2 304 678, o cümlədən banklar və BOKT-lər tərəfindən 2 257 179  sorğu həyata keçirilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə MKR-ə edilən sorğuların sayı 1.43 dəfə artmışdır.  Cəmi 47 499 şəxs öz kredit hesabatını əldə etmək məqsədilə MKR-ə müraciət etmişdir.

Dövrün sonunda MKR-də haqqında məlumat toplanan borcalanların sayı 2 233 256 kredit məlumatlarının sayı 8 392 726 cəmi zaminlərin sayı isə 1 059 610 olmuşdur.

Mərkəzləşdirilmiş Kredit Reyestri fiziki və hüquqi şəxlərin məbləğlərindən asılı olmayaraq bütün kreditləri haqda məlumatların toplandığı elektron məlumatları “ASAN xidmət” mərkəzlərindən də əldə etməyiniz mümkündür.

Müraciət üçün tələb olunan sənədlər

Fiziki şəxslər üzrə:

  • müraciətçinin şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti;
  • şəxs fərdi sahibkardırsa, onun VÖEN-ni əks etdirən sənədin surəti;
  • şəxsin özü müraciət prosesində iştirak etməyəcəyi halda onun qanuni nümayəndəsinin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədlərin əsli və surəti.

Hüquqi şəxslər üzrə:

  • VÖEN-ni əks etdirən sənədin surəti;
  • hüquqi şəxsi təmsil edən nümayəndənin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədlərin əsli və surəti.

Onu da qeyd edək ki, sorğular ödənişsizdir.

Qeyd edək ki, tam ödənilmiş kreditlər haqqında məlumatlar, habelə həmin məlumatların aid olduğu borcalan və zaminlər də statistikaya daxildir. Reyestrdə məlumatlar ayda bir dəfə yenilənir. Yeni verilmiş kreditlər isə 2 iş günü ərzində MKR-ə göndərilir.

İdeal kredit tarixçəsi – bu gecikmələrin tamamı ilə olmadığı və qrafik üzrə səlis ödənişləri edən müştərilərin kredit tarixçələridir. Təsadüfi gecikmələrdən yayınmaq üçün, belə vətəndaşlar borcu əksər halda öncədən ödəyirlər. Belə müştərilərə bankirlər də daha aşağı və ya güzəştli kredit şərtləri təklif edirlər.

Sonda isə hər birinizə ideal kredit tarixçəsi sahibi olmağınızı arzulayırıq.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.