Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 9-da Azərbaycana səfər edəcək.
Banker.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə Qarabağda əldə olunan üçtərəfli bəyanatdan sonra ilk dəfə görüşəcək.
Bildirilib ki, görüş zamanı razılaşmaya dair bütün detallar müzakirə ediləcək.
Məlumata görə Türkiyə Prezidentinin Azərbaycana səfəri iki gün davam edəcək.