19 C
Baku
Thursday, October 17, 2024

“Azərbaycanda səhiyyə sistemi çox böyük gərginlik altındadır”

Azərbaycanda səhiyyə sistemi çox böyük gərginlik altındadır.

Banker.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümöv bu gün Operativ Qərərgahın brifinqində deyib.

Ş.Mövsümov bildirib ki, bu gün Azərbaycanda koronavirusa yoluxma halı 4 mindən çoxdur. O qeyd edib ki, hələki səhiyyə sistemimiz buna tab gətirir, ancaq heç bir səhiyyə sistemi limitsiz deyil: “Xəstəxanalarla daim əlaqədəyəm və görürəm ki, həkimlər çox gərgin vəziyyətdədirlər. Virus daha çox yayılarsa xəstəxanalara xəstələrin yerləşdirilməsində çətinlik olar bilər dərmanların çatdırılmasında çətinlik ola bilər.

Səhiyyə sistemimiz böyük gərginlik altındadır. Hər kəs bunu anlamalıdır. Vətən müharibəsində necə birlik olduqsa, bu məsələdə də birlik göstərməliyik və belə olan halda koronavirusun öhdəsindən gələ bilərik”.

Son xəbərlər
Digər xəbərlər