21 C
Baku
Thursday, September 19, 2024

Rusiya Azərbaycandan pomidor və alma idxalını qadağan edir

“Rosselxoznadzor” (Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti) məhsulların tərkibində zərərvericilərin aşkarlanması səbəbilə dekabrın 10-dan etibarən Azərbaycandan pomidor və alma idxalı qadağan edib.

Bu barədə TASS qurumun rəsmi saytına istinadən məlumat yayıb.

“Təkcə 22 oktyabrdan indiyə qədər mütəxəssilər 17 dəfə Avrasiya İqtisadi Birliyi üçün karantin hesab edilən cənubi amerika pomidor güvəsi və şərq güvəsi aşkar ediblər. Bununla bağlı fitosanitar vəziyyəti mühafizə etmək üçün göstərilən malların dekabırn 10-da Rusiyaya idxalı qadağan olunur”-deyə Xidmətdən bildirilib”, – deyə qurumdan bildirilib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər