Türkiyədən Çinə gedən ilk yük qatarı Gürcüstana çatıb

Türkiyədən Çinə yola çıxan ilk ixrac qatarı dekabrın 7-də Gürcüstanın Axalkalaki şəhərinə çatıb.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, dekabrın 4-də İstanbuldan yola çıxan qatar Türkiyənin Qars stansiyasından keçərək yerli vaxtla saat 22:30-da Kartsaki stansiyasına çatıb.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Transxəzər Şərq-Qərb dəhlizi vasitəsilə Çin istiqamətində hərəkət edən qatar ümumilikdə 8693 kilometr yol gedəcək. 2 qitə, 2 dəniz və 5 ölkədən keçən yük qatarının 12 gündə mənzil başına çatması nəzərdə tutulub.

Xatırladaq ki, ilk dəfə bu marşrut üzrə Çindən çıxan tranzit yük qatarı 2019-cu ilin noyabr ayında Praqa şəhərinə çatıb. Qatar sonradan Çin-Türkiyə-Avropa xətti üzrə 10 blokdan ibarət yüklə hərəkətdə olub. Bu dəfə isə ixrac yükü daşıyan qatar ilk dəfə Türkiyədən Çinə hərəkət edir.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər