Sərnişindaşıma fəaliyyətilə məşğul olan “Baku Bus” MMC “İveco markalı avtobusların istismarı üçün tələb olunan ehtiyat hissələrin satınalınması” üçün elan etdiyi tenderi yekunlaşdırıb.
Banker.az xəbər verir ki, qalib şirkət “Az-Tex-Import” MMC-dir.
“Baku Bus” qalib şirkət ilə məbləği 2 milyon 888 min 494 manat olan müqavilə bağlayıb.
Qeyd edək ki, “Az-Tex-Import” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 226 010 manatdır və qanuni təmsilçisi Samir İbadullayevdir.