Apple 32 nüvəli prosessor buraxacaq

“Apple” şirkəti 2021-ci ildə kompüterlər üçün bir sıra yeni prosessorlar buraxacaq.

Bu barədə ” Bloomberg” agentliyi mənbələrə istinadən bildirib.

Məlumata əsasən, 2022-ci ilin əvvəlində şirkət öz istehsal etdiyi yeni 32 nüvəli prosessora əsaslanan peşəkar “Mac Pro” kompüterini buraxacaq.

Müvafiq çipin 2021-ci ilin sonunda elan edilməsi planlaşdırılır. “Apple” mühəndisləri MacBook Pro üçün nəzərdə tutulan 16 və 32 nüvəli prosessorların yaradılması üzərində də çalışırlar.

MənbəTrend
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər