12 C
Baku
Wednesday, December 11, 2024

“Uber” şirkəti “uçan taksi” bölməsini satacaq

“Uber” şirkəti koronavirus pandemiyası səbəbindən qeyri-profil aktivlərini satmağa davam edir.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Belə ki, cari ilin üçüncü rübündə şirkətin gəliri 18% (3,1 milyard dollara) düşüb. Verilən məlumata görə, bu dəfə söhbət “uçan taksi”dən gedir.

“TechCrunch”ın bildirdiyi kimi, “Uber” və “Joby Aviation” arasında müqavilə bağlanacaq. Xatırladaq ki, bu şirkətlər 2019-cu ildən əməkdaşlıq ediblər, 2020-ci ildə isə “Uber” startapa 50 milyon dollar investisiya yatırıb.

Müqavilə 2021-ci ilin əvvəllərində bağlanacaq.

Xatırladaq ki, “Joby Aviation” şaquli olaraq hərəkət edən elektrikli aerotaksi layihəsinin inkişaf etdirilməsi ilə məşğul olur. Hal-hazırda şirkət saatda 321 kilometr sürətlə uçan və dörd sərnişin daşıya bilən elektrikli təyyarəni sınaqdan keçirir. Qeyd edək ki, bu təyyarə Mülki Aviasiya İdarəsinin (FAA) sertifikatını hələ almayıb.

Daha əvvəl “Uber” pilotsuz avtomobillər bölməsini satmaq üçün “Aurora Innovation” startapı ilə müqavilə bağlamışdı. 2020-ci ilin yazında isə analoji razılaşma “Lime” ilə əldə edilmişdi. Müqavilə çərçivəsində “Uber” startapa 170 milyon dollar investisiya qoymuşdu.

Son xəbərlər
Digər xəbərlər