9 C
Baku
Thursday, December 12, 2024

DYP əhaliyə və avtomobil sahiblərinə yenidən müraciət edib

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsi əhaliyə və avtomobil sahiblərinə müraciət edib.

İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, dekabrın 10-da Bakının mərkəzi olan Azadlıq meydanında keçiriləcək “Zəfər paradı”nda texnikaların hərəkəti və hərbi yürüş Nobel prospektindən başlayaraq Ağ Şəhər Bulvarına bitişik ərazidən keçərək Dənizkənarı Bulvar boyu, Neftçilər prospekti, Azneft meydanı, Bayıl qəsəbəsi və Bibiheybət məscidi istiqaməti üzrə nəzərdə tutulub:

“Keçiriləcək tədbirin təhlükəsizliyinin təmini, parad iştirakçılarının sərbəst hərəkətinin təmin edilməsi məqsədi ilə Azadlıq meydanı istiqamətinə paralel və kəsişən bütün küçə və prospektlərdən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulur.

Belə ki, tədbir tam başa çatanadək həmin istiqamətlər üzrə – Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü Kənar Dairəvi yol istiqamətinə, Bayıl qəsəbəsi Üzgüçülük hovuzu yanından Xanlar küçəsinə, Səbail Rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binası qarşısından Q.Abbasov və Saraykin küçəsinə, M.Hüseynov, T.Elçin, Lermontov, İstiqlaliyyət və Niyazi küçələrindən Azərbaycan prospektinə, A.Cəlilov küçəsinin A.İsmayılov, N.Əliyev, F.Bayramov və Y.Səfərov küçələri ilə kəsişməsindən 10-cu zavod dairəsinə, Y.Səfərov, Ə.Quliyev və 28 May küçələri kəsişməsindən D.Əliyeva küçəsi istiqamətinə, 28 May küçəsinin, R.Zorgi, K.Səfərəliyeva, Puşkin, S.Vurğun, R.Behbudov küçələri, Azadlıq və Bülbül prospektləri kəsişməsindən A.Bakıxanov və Füzuli küçələri istiqamətinə hərəkət müəyyənləşdirilir”.

“Yol hərəkəti iştirakçılarına bildirilir ki, həmin istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə suni sıxlığın və ya tıxacların yaranmasına səbəb ola bilər. Bir daha xahiş edilir ki, ölkə əhəmiyyətli tədbirin yüksək səviyyədə keçirilməsi üçün qaydalara düzgün əməl edilsin”, – V.Əsədov bildirib.

Son xəbərlər
Digər xəbərlər