19 C
Baku
Thursday, October 17, 2024

“Apple” yoga aksesuarlarının satışına başlayıb

“Apple” uzun illərdir istehsal etdiyi texnoloji cihazları bənzərsiz qiymət siyasəti ilə satışa çıxardır. Belə ki, “Apple” gələn həftədən etibarən təqdim ediləcək “Fitness+” proqramı çərçivəsində, onlayn mağazasından yoga aksesuarları satmağa başladı. 

Banker.az Türk mediasına istinadən xəbər verir ki, Apple-ın onlayn mağazasında satışa çıxarılan bu məşq avadanlıqları arasında 77.95 dollarlıq “Manduka ekolite Yoga Mat”ı, 119.95 dollarlıq “6 mm Performanslı Yoga Mat” və 19.95 dollarlıq “Mantar Yoga Blok”u da daxil olmaqla yoga aksesuarları və müxtəlif avadanlıqlar var. Xüsusilə, 120 dollarlıq “Manduka yoga mat”ı çox marağa səbəb olub.

Həmçinin Studiya tərzində olan məşqləri IPhone, iPad və iPad TV-yə  gətirilməsi gözlənilən “Fitness +” ın  “Apple” Watch’dakı məşq ölçümlərini birləşdirərək fərdi bir təhsil sistemi yaradacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər