Meditasiya üçün nəzərdə tutulmuş “Calm” xidməti “Lightspeed Venture Partners”, “Insight”, “Goldman Sachs”, “TPG” və “Salesforce” tərəfindən təşkil edilmiş maliyyə raundunda 75 milyon dollar cəlb edib.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edək ki, şirkətin bazar kapitallaşması 2 milyard dollar dəyərində qiymətləndirilir.
“Calm” xidmətinin baş direktoru Aleks Tyu pandemiya dövründə insanlar ruhi sağlamlığa daha ciddi yanaşmağa başladıqlarını və bunun şirkətin inkişafına müsbət təsir etdiyini söyləyib.
Bildirildiyi kimi, toplanan vəsait yeni kontentə xərclənəcək. Xidmətin qurucusu Maykl Ekton Smit, şirkətin digər müəssisələri almaq və onlarla birləşmə yolu ilə inkişaf etməkdə maraqlı olduğunu qeyd edib.
Qeyd edək ki, son bir ildə “Calm” xidməti 100 milyon dəfə yüklənib, ümumilikdə isə onun 4 milyon istifadəçisi var.
2019-cu ildə “Calm” 1 milyard dollar qiymətləndirmə ilə 143 milyon dollar cəlb etmişdir. “Crunchbase”in məlumatına görə, ümumilikdə 2012-ci ildə təsis edilən şirkət 218 milyon dollar investisiya cəlb edib.