Avropa Birliyi dövlət başçılarının sammitində Rusiyaya qarşı iqtisadi sanksiyaların növbəti dəfə uzadılmasına dair qərar verilib.
Bu barədə Avropa Şurası başçısının mətbuat katibi Barend Leyts “Twitter”də yazıb.
“Sammitdə – AB ilə ABŞ arasındakı münasibətlər və Rusiyaya qarşı sanksiyaların uzadılması ilə bağlı razılaşmalar əldə olunub”, – deyə məlumatda qeyd olunub.