12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanın bu il kompüter satışından gəliri azalıb

Azərbaycan 2020-ci ilin yanvar-noyabr aylarında kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının satışından 286.8 milyon manat gəlir əldə edib.  Ötən ilin müvafiq dövründə bu məhsulların satışından gəlir 272.8 milyon manat təşkil edib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ildə Azərbaycanın kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının satışından gəliri 5% azalıb.

2020-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 248.6 milyon manatlıq kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları satılıb. Belə ki, təkcə noyabr ayında 38.2 milyon manatlıq bu məhsullardan satılıb.

Son xəbərlər
Digər xəbərlər