20 C
Baku
Friday, October 11, 2024

“AzInTelecom” Data Mərkəzi üçün yarım milyon manatdan çox pul xərcləyəcək

“AzInTelecom” MMC “İnfinitech” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə  Baku MDC (Message Device and Controller) layihəsi çərçivəsində boru xətlərinin və müvafiq quraşdırma işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 645 181 manatdır.

Qeyd edək ki, “AzInTelecom” MMC-nin nizamnamə kapitalı 8 146 manatdır və qanuni təmsilçisi Leyla Məmmədovadır. “AzInTelecom” MMC 2015-ci ilin iyun ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarı ilə yaradılıb.

Onun fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış data mərkəzi nəzdində “AZCLOUD” bulud xidmətlərdən ibarətdir.

 

Son xəbərlər
Digər xəbərlər