19 C
Baku
Sunday, October 13, 2024

Dünyada koronavirusa yoluxanların sayı 73 milyonu keçib

Dünyada COVID-19-a yoluxanların sayı 73 milyonu keçib.

Banker.az  “Worldometers”-ə istinadən  xəbər verir ki, bununla koronavirusa yoluxanların sayı 73 milyon 190 min 427 nəfərə çatıb.

Məlumata əsasən, virusdan ölənlərin sayı 1 milyon 627 min 900, xəstəlikdən sağalanların sayı isə 51 milyon 324 min 489 nəfərdir.

Qeyd edək ki, COVİD-19-a yoluxma üzrə ən çox göstərici ABŞ-da qeydə alınıb. Belə ki, burda ümumilikdə 16 milyon 942 min 822 nəfər koronovirusa yoluxub. COVİD-19-a yoluxmada ikinci yerdə gələn Hindistanda ümumi yoluxma 9 milyon 906 min 507, üçüncü yerdə gələn Braziliyada isə ümumi yoluxma 6 milyon 929 min 409-dur.

Son xəbərlər
Digər xəbərlər