Enerji Məsələlərini Tənzimləmə Agentliyi balansda olan daşınmaz əmlakın icbarı sığortası üzrə sığortaçı seçir.
Seçim kotirovkla sorğusu üsulu ilə aparılır.
Təkliflər 21 dekabr saat 16:00-dək qəbul olunur.
Qeyd edək ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi prezident İlham Əliyevin 22 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Agentlik Energetika Nazirliyinin tabeliyində fəaliyyət göstərir.