“Hazırda Gürcüstanın dövlət borcu ölkənin ümumi daxili məhsulunun (ÜDM) dəyərinin 60%-ni təşkil edir”.
Bu barədə ölkənin maliyyə naziri İvane Maçavariani məlumat verib.
Bu göstəricinin narahatedici olmadığını qeyd edən nazir deyib ki, yaxın illərdə borcun artmaması üçün ehtiyatlı davranmaq tələb olunacaq.
İ.Maçavariani əlavə edib ki, növbəti 4-5 ildə Gürcüstan dövlət borcunu tədricən azaltmalıdır ki, dünyada növbəti böhran olacağı halda ölkə vəsaitləri yenidən səfərbər edə bilsin.