Azərbayanda 2020-ci ilin ilk 11 ayı üzrə əhalinin nominal gəlirlərinin həcmi 50 milyard 173.1 milyon manat olub. Bunun 4 milyard 116.3 milyon manatı noyabr ayı ərzində gəlib.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin cari ilin yanvar-noyabr ayları üzrə adambaşına düşən gəliri 5 028.8 manat olub. Bunun da 411.6 manatı noyabrın payına düşür.
Qeyd edək ki, noyabr ayındakı göstəricilər apreldən sonra ikinci ən pis göstəricidir. Aprel ayında əhalinin nominal gəlirləri 3 milyard 703.2 milyon manata qədər düşmüşdü. Adambaşına düşən gəlir isə 371.8 manat idi.