İdxal və ixrac olunan məhsulların qiymət indeksi açıqlanıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ilin oktyabr ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 102.5 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 120.1 faiz, 2020-ci ilin yanvar-oktyabr aylarında 2019-cu ilin yanvar-oktyabr aylarına nisbətən isə 122.7 faiz təşkil etmişdir.
Belə ki, 2020-ci ilin oktyabr ayında idxal olunan məhsulların qiyməti əvvəlki ayla müqayisədə 2.5%, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 20.1%, 2020-ci ilin yanvar-oktyabr aylarında isə ötən ilin eyni dövrünə nisbətən 22.7% artıb.
2020-ci ilin oktyabr ayında ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 99 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 85.6 faiz, 2020-ci ilin yanvar-oktyabr aylarında 2019-cu ilin yanvar-oktyabr aylarına nisbətən isə 77.7 faiz təşkil etmişdir.