Azərbaycanda şirkətlərin mənfəət vergisi azalıb, fiziki şəxslərin gəlir vergisi ödəmələri isə artıb.
Banker.az-ın əldə etdiyi məlumata görə, 2020-ci ilin ilk 10 ayı ərzində 2 milyard 208.83 milyon manat həcmində büdcəyə mənfəət vergisi ödənilib. Bu öncəki ildən 83.73 milyon manat yaxud, 3.6% az olub.
Fiziki şəxslər cari ilin ilk 10 ayı ərzində 933.84 milyon manat gəlir vergisi ödəyib. Bu isə öncəki ilin eyni dövrü ilə müqayisədə 743.44 milyon manat 25.6% artım deməkdir.
Bununla belə torpaq vergisinin həcmi 27.4% azalmaqla 27.03 mln. manata, 21.1% azalmaqla 136.28 mln. manata, ƏDV-dən gəlir 4.7% azalmaqla 4 012.19 milyon manata, sadələşdirilmiş vergi isə 10.4% azalmaqla 275.23 manata düşüb.