6 C
Baku
Sunday, December 15, 2024

“Robinhood” maliyyə xidməti 65 milyon dollar cərimələnəcək

ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) “Robinhood” xidmətini 65 milyon dollar cərimə edəcək.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Tənzimləyicinin sözlərinə görə, şirkət gəlir mənbələri barədə müştərilərə səhv məlumatlar verir və vasitəçilərdən komissiya tutduğunu gizlədir.

Xatırladaq ki, “Robinhood” xidməti müştərilərin sorğularını maliyyə vasitəçilərinə yönəltmək yolu ilə pul qazanır. Bundan əlavə, xidmət ödənişli abunələr, səhm krediti və debet kartından istifadəsinə görə əlavə haqq alır.

Qiymətli Kağızlar Komissiyasının hesablamalarına görə, nəticədə müştərilər təxminən 34,1 milyon dollar itirib. “Robinhood” cərimə ödəməyə hazır olduğunu bildirsə də, bütün ittihamları rədd edib.

2020-ci ilin iyul ayında xidmət 320 milyon dollar, avqustda isə 11,2 milyard dollar qiymətləndirmə ilə 200 milyon dollar investisiya cəlb etmişdir.

Son xəbərlər
Digər xəbərlər