10 C
Baku
Thursday, December 12, 2024

Dövlət özünə məxsus böyük broylerləri satmaq istəyir

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bir sıra dövlətə məxsus olan səhmdar cəmiyyətlərin adlarını açıqlayıb. Bu səhmdar cəmiyyətlərin 2021-ci il yanvar ayının 19-da keçiriləcək pul hərracında satışa çıxarılacaq.

Siyahıda Abşeron rayonu, Mikayıl Müşfiq qəsəbəsi ərazisində olan “Bakı Broyler-1” Açıq Tipli Səhmdar Cəmiyyəti də var.

1998-ci ilin aprelində yaradılan “Bakı Broyler-1”in səhmlərinin sayı 2 179 509 ədəd təşkil edir ki, onun da ümumi nominal dəyəri (hər birinin qiyməti 2 manat) 4 359019.40 manat təşkil edir.

Banker.az-a verilən məlumata görə, bu broylerin səhmlərinin (653 984) yalnız 30%-i investisiya təşviqinə çıxarılıb. Bu da 1 307 968 manat təşkil edir. Dövlət xidməti bildirib ki, ilkin hərraca çıxaxarılacaq hərracın həcmi 653 984 manat olacaq.

1997-ci ildən fəaliyyət göstərən Gəncə şəhəri, Qırmızıkənd qəsəbəsindəki “Gəncə Quşçuluq” ATSC-ni də özəlləşdirməyə çıxarır. ASC-nin nizamnamə kapitalı 1 223 095.4 manat nizam  manatdır.

Salyanda fəaliyyət göstərən “Salyan broyler” ATSC də hərraca çıxarılıb. Bu cəmiyyətin nizamnamə kapitalı: 1 120 118 manatdır.

Son xəbərlər
Digər xəbərlər