Səudiyyə Ərəbistanı 2020-ci ilin oktyabr ayında xam neft ixracını gündəlik 6,159 milyon barelə çatdırıb.
“oilexp”ə istinadən xəbər verilir ki, bu, bir ay əvvəl xarici bazarlara tədarük edilən həcmdən (6,066 milyon barel) 93 min barel çoxdur.
İxracatın ümumi səviyyəsi (xam neft və neft məhsulları) oktyabr ayında 281 min barel artaraq 7,38 milyon barel təşkil edib.
Sentyabrda Səudiyyə Ərəbistanı 2020-ci ilin mayından bəri ilk dəfə 6 milyon bareldən çox neft ixrac edib.
Göstəricilərdəki artım Asiyada “qara qızıl”a olan tələbin artması nəticəsində mümkün olub. Bundan əlavə, ixrac həcmlərinin artması COVID-19 pandemiyasının ikinci dalğası başlamazdan əvvəl mövcud olan sakitlik dönəmi ilə əlaqədardır. Hazırda koronavirusa yoluxma hallarının artması, Avropa və bəzi digər regionlarda karantin tədbirlərinin gücləndirilməsi səbəbindən yanacaq istehlakı azalır.
Xatırladaq ki, daha əvvəl “Saudi Aramco”nun Asiyadakı alıcılar üçün yanvar neft qiymətlərini (OSP) qaldırdığı və ABŞ-dakı müştərilər üçün endirdiyi bildirilmişdi.