Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Tehrana səfər edəcək.
Bu barədə açıqlamasında İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.
Onun sözlərinə görə, Ş. Mustafayevin səfərin dekabr ayının 23-də baş tutacaq.
S. Xətibzadə qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə hər iki tərəfin müştərək obyektləri mövcuddur: “Bu infrastrukturlarda ikitərəfli əməkdaşlıq üçün razılaşmalar var. Səfər çərçivəsində su bəndləri, eləcə də nəqliyyat və tranzit sahələri ilə bağlı danışıqlar aparılacaq”.