Gamalea Mərkəzi, “AstraZeneca”, Rusiyanın Birbaşa İnvestisiya Fondu və “R-Farm” şirkəti arasında koronavirusla mübarizədə əməkdaşlıq haqqında memorandum imzalanıb.
banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
Xatırladaq ki, daha əvvəl Gamalea Mərkəzinin direktoru Aleksandr Gintsburq Rusiyanın koronavirusa qarşı peyvəndin sınaqlarında “AstraZeneca” şirkəti ilə əməkdaşlığa başlayacağını açıqlamışdı.
AZD1222 (“AstraZeneca” və Oksford Universiteti ilə birgə hazırlanıb) və “Sputnik V” peyvəndləri adenovirus vektorlar əsasında yaradılıb.