19 C
Baku
Sunday, September 29, 2024

“Bank of Baku”da yeni departament yaradılıb, rəhbər təyin olundu

“Bank of Baku” ASC-nin təşkilati-strukturunda yeni departament yaradılıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, bu, İnformasiya təhlükəsizliyi departamentidir.

Yeni yaradılan bu departamentin direktoru Sübhan Şərifovdur.

S.Şərifov, 10 ildən artıqdır ki İnformasiya Texnologiyaları sahəsində çalışır və bu sahədə böyük təcrübələrə malikdir.

O, həmçinin İnformasiya Texnologiyaları və İnformasiya Təhlükəsizliyi sahəsində Azərbaycanın aparıcı şirkətlərində Rəhbər vəzifələrində çalışmışdır. Həmçinin bir çox Texnoloji layihələrin müəllifidir.

“Kapital Bank” ASC, “Sumqayıt Texnologiyalar Parkı” MMC, “PAŞA Travel” MMC və “CYBER-aaS” kimi şirkətlərdə çalışıb.

Son xəbərlər
Digər xəbərlər