Bəzən kredit ödənişi ilə bağlı yaranan problemlərdən biri də kreditin ödəniş vaxtı ilə maaşınızın üst-üstə düşməməsidir. Kreditinizi vaxtlı-vaxtında ödəyə bilmədiyiniz halda isə kredit tarixçənizdə gecikmə halları baş verir.
Misal üçün, siz artıq müqaviləni imzalayıb, kreditinizi əldə etmisiniz. Daha sonra isə kreditinizi bir müddət ödədikdən sonra,kreditin ödəniş vaxtı ilə maaşınızı aldığınız vaxtın uyğun olmaması ilə bağlı maddi probleminiz ortaya çıxa bilər. Məsələn, Siz hər ay maaşını ayın 10 alırsınız. Kreditin ödənilmə vaxtı isə ayın 4-dür. Bu zaman əgər siz krediti ödəyə bilməsəniz kredit tarixçənizdə gecikmə yaranacaqdır. Bu zaman isə sizin təkcə çıxış yolunuz kreditin ödəniş tarixçəsini dəyişməkdir.
Həmçinin bu situasiya təkcə maaş ilə deyil, kredit alan tərəf təqaüdçülər, tələbələr arasında da oxşar hadisə baş verə bilər.
Bəs kredit ödənişi tarixini necə dəyişmək olar?
Bunun üçün təbii ki, mütləq banka müraciət etməyiniz vacibdir. Banka ərizə ilə müraciət etməklə bu tarixi dəyişmək mümkündür.
Kredit tarixin dəyişdirilməsi nə kimi ziyan verə bilər?
Ödəniş tarixinin dəyişdirilməsi heç də müştərinin pul baxımından qabağa düşməsi mənasına gəlmir. Sadəcə olaraq ödəniş tarixi dəyişir, faiz də gündəlik hesablandığı üçün onun ödənişində artma və azalma ola bilər. Misal, yəni siz həmişə ayın 10-u ödəniş etməlisiniz, amma maaşı ayın 15-i alırsınız. Ödəniş tarixi 15-nə keçirilərsə, siz əlavə 5 günün faizini verəcəksiniz. Çünki tarix sürüşüb. Ancaq bu ödəniş 1 dəfəyə məxsusdur. Yəni növbəti aylarda heç bir əlavə pul ödəməyəksiniz, sadəcə ayın 15-i normal faizi ödəyəcəksiniz.
İtirəcəyiniz məbləğ haqqında real təsəvvür yaratmaq üçün aşağıdakı qısa misala nəzər yetirin.
Misal yuxarıda qeyd olunan 5 gün üçün nə qədər artıq faiz ödəniləcək sualına cavabdır.
Fərz edək siz 1 000 AZN kredit götürmüsünüz. Kredit illik 28% və 12 aya kredit verilib.
Kreditin günlük faizini hesablamaq üçün: (1000*28%)/360=0.77 AZN. Bu sizin gündəlik faiziniz edir. 5 gün üçün faiz isə 5*0.77=3.89 AZN
Kreditin ödəniş tarixinin dəyişdirilməsilə bağlı ərizəni isə aşağıdakı kimi yaza bilərsiniz.
Kimdən: Əliyev Elman Mehman oğlu
Mövzu: Filialın müştərisi olan Əliyev Elman Mehman oğlunun ödəniş günün dəyişdirilməsi.
Bakı şəhəri 21.11.2014
Ərizə
Mən – Əliyev Elman Mehman oğlu Filialın 1-ci dövr müştərisiyəm. 2014-ci ilin sentyabr ayında 5000 AZN nağd pul krediti götürmüşəm. Ödəniş günüm hər ayın 9-u tarixində olmalıdır. Lakin ailə vəziyyətimdən, eyni zamanda əmək haqqı aldığım tarix ilə ödəniş tarixi üst üstə düşmür. Bu səbəblərdən ödənişdə problemlərin ola bilməsi ehtimalı var. Xahiş edirəm ki, bu səbələri nəzərə alıb ödəniş gününün ayın 9-u tarixindən hər ayın 20-si tarixinə keçirəsiniz.
Yuxarıda qeyd olunanları nəzərə alıb Sizdən Əliyev Elman Mehman oğlunun ödəniş gününün dəyişdirilməsinə razılıq vermənizi xahiş edirəm.
Sonda isə sizə kreditlərdən uzaq durmağı məsləhət görürük. Əgər maddi probleminizi aradan qaldırmaqda çətinlik çəkirsinizsə, o zaman biraz araşdırma aparın və sizə ən uyğun şərtlər ilə kredit təklif edən banka müraciət edin. Təbii ki, kredit əldə etdiyiniz zaman hər detayı diqqətlə oxuyun ki, sonda aldından qalxa bilməyəcəyiniz problemlər ilə üzləşməyin.