2021-ci il yanvarın 25-də “Azərbaycan Sənaye Sığorta” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Səhmdarların həmin iclasda iştirak etmək üçün saat 11.00-da “Azərbaycan Sənaye Sığorta” ASC-nin Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi 122 “Gümüş Plaza” iş mərkəzində yerləşən ofisində olmaları xahiş edilir.
Banker.az xəbər verir ki, Gündəlikdəki məsələlərə aşağıdakılar daxildir:
1. “Azərbaycan Sənaye Sığorta” ASC-nin səhmdarlarına dividendlərin ödənilməsi.
2. Digər məsələlər.






