7 C
Baku
Thursday, November 7, 2024

“Moderna” peyvəndinin COVID-19-un mutasiya etmiş yeni növünə qarşı effektivliyi qiymətləndirildi

Amerikanın “Moderna” əczaçılıq şirkətinin istehsal etdiyi peyvəndin İngiltərədə kəşf edilmiş koronavirus mutasiyasına qarşı effektivliyi qiymətləndirilib və onun effektiv olduğu müəyyən edilib.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

“Peyvəndin effektivliyini təsdiqləmək üçün əlavə sınaqlar keçirməyi planlaşdırırıq. Lakin Covid-19 ilə mübarizə aparmaq üçün yaradılan potensial neytrallaşdırıcı antikorların geniş spektri, peyvəndimizin yeni mutasiyalara qarşı effektiv olacağına inam verir”, – şirkət bildirib.

Xatırladaq ki, daha əvvəl İngiltərədə SARS-CoV-2 koronavirusunun yeni mutasiyası tapılmışdı. Ölkənin Yeni və İnkişaf etməkdə olan Tənəffüs Virusu Təhlükələri üzrə Məşvərət Şurası onun daha sürətli yayıldığını təsdiq etdi. Bu virusun Covid-19-la müqayisədə 70% daha çox yoluxucu olduğu məlum olsa da, onun ölüm və ya xəstəxanaya yerləşdirmə baxımından daha təhlükəli olması hələ müəyyən edilməyib.

Son xəbərlər
Digər xəbərlər