Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen “Twitter”də bildirib ki, COVID-19-a qarşı ilk peyvəndlər bütün Avropa İttifaqı ölkələrinə göndərilib. Vaksinasiyaya yaxın bir neçə gündə başlanılacaq.
Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
“İlk Covid-19 peyvəndlərinin eyni vaxtda bütün Avropa İttifaqı ölkələrinə göndərildiyini görməyə çox şadam. Bir neçə gündən sonra vaksinasiyaya başlanılacaq”, – deyə Ursula von der Leyen söyləyib.