“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC 4 şirkətlə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, bu şirkətlər Akkord Sənaye Tikinti Korporasiyası” ASC, “Körpü – Bina – Tikinti” MMC, “Kəmalə-A” Firması və “Meliorasiya və Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan dövlət institutu”dur.
Müqavilələrdə “Sabirabad və Salyan rayonlarındakı qış otlaqlarında suvarma və drenaj obyektlərinin tikintisi” (Sabirabad rayonu üzrə II mərhələ), ”Şəmkir Maşın Kanalının nasos stansiyasının suvarma qabiliyyətinin artırılması və onun I növbəsinin təmir-bərpası”, Qızılarx kanalının yenidən qurulmasının texniki – iqtisadi əsaslandırmasının və layihə sənədlərinin hazırlanması və Tərtərçay Sol Sahil və Xanarx kanalının yenidən qurulmasının texniki – iqtisadi əsaslandırmasının və layihə sənədlərinin hazırlanması nəzərdə tutulur.
4 müqavilənin cəmi dəyəri isə 76 milyon 270.3 min manatdır.