8 C
Baku
Thursday, November 7, 2024

Nigeriyada yeni növ koronavirus aşkarlanıb

Nigeriyada koronavirusun mutasiya etmiş daha bir növü aşkar edilib.

Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınma Mərkəzlərinin (Africa CDC) direktoru John Nkengasonga istinadən yerli TV kanalı məlumat yayıb.

“Söhbət İngiltərədə kəşf edilən koronavirusa bənzəməyən xüsusi mutasiya növündən gedir. Buna baxmayaraq, Nigeriyada təsbit edilən bu virus Cənubi Afrikada aşkarlanan 501.V2 koronavirus növü ilə bir qədər oxşar ola bilər. Hazırda daha çox araşdırmaya ehtiyac var”, – deyə Nkengasong söyləyib.

Mutasiya etmiş virus 3 avqust və 9 oktyabr tarixlərində Nigeriyanın Osun əyalətində götürülmüş nümunələrdə aşkar edilmişdir. İlkin məlumatlar onun 501.V2 qədər aqressiv olmadığını göstərir.

Qeyd edək ki, Nigeriya 27 fevralda ölkədə koronavirusun olduğunu açıqlayan ilk Afrika dövləti olub. Pandemiya başlayandan Nigeriyada 80 922 nəfər yoluxub, 1 236 nəfər sağalıb.

Son xəbərlər
Digər xəbərlər