11 C
Baku
Monday, November 25, 2024

Jozef Akerman

Bioqrafiya

Jozef Akermanın bank sahəsində karyerası 16 il ərzində «CreditSuisse» şirkətində çalışmaqla başlamışdır. İlk vaxtlarda Jozef bu şirkətdə kiçik vəzifə tuturdu, daha sonralar isə o, bankın aparıcı xadimlərindən birinə çevrilir.

Jozef Akermann 1948-ci ilin 7 fevralında İsveçrədə anadan olub. O İsveçrə bankiridir və «Deutsche Bank» bankının sahibidir. Onun uşaqlığı kiçik bir kənddə keçib.

Yeniyetmə olanda o, yeddi il ərzində qonşu şəhərdə yerləşən məktəbə velosipedlə gedib gəlirdi. Çünki onun doğma Mels şəhərində təhsil müəssisəsi yox idi.

Jozef Akermann həkim ailəsində böyüyüb. Onun atası sərt xasiyyətli idi və uşaqlarının tərbiyəsinə özü nəzarət edirdi. Uşaq yaşlarından valideynləri onda musiqiyə və incəsənətə sevgi aşılayırdılar. Balaca Jozef royalda, violonçeldə və skripkada çalmağı öyrənirdi.

Tətillərdə isə Jozefin ailəsi Münxendə yaşayan qohumlarının yanına qonaq gedirdilər və mütləq Münxen operasını ziyarət edirdilər.

Məktəbi bitirdikdən sonra Akermann hərbi xidmətə gedir.

Hərbi xidmətdən qayıtdıqdan sonra isə o, universitetə qəbul olur.

Atasının etirazlarına baxmayaraq Jozef tibbdən imtina edir və sosiologiya və iqtisadiyyat oxumaq üçün Sankt-Qallen universitetinə qəbul olur. 1977-ci ildə gənc mütəxəssis dissertasiya işini müdafiə edir. Müdafiədən sonra o, Xans Kristof Binsvangerdən iş təklifi alır. Universitetdə oxuduğu zaman Akermann hərbi xidmətinə davam edir və polkovnik rütbəsinə qədər yüksəlir.

Bankda çalışdığı ilk zamanlardan belə Jozef Akermann öz fikrini daim açıq söyləyirdi və müdriyyətin qəzəbindən qorxmurdu. Bu xüsusiyyəti sayəsində o bankın aparıcı menecerlərindən biri olur. Lakin Jozef müdriyyətlə fikirləri üst-üstə düşmədiyi üçün bu təşkilatı tərk etmək qərarına gəlir.

«CreditSuisse» bankından sonra «Deutsche Bank» şirkətindən Akermanna bu şirkətin direktorlar şurasına rəhbərlik etmək barəsində təklif gəlir. Bir müddət bu təklifin üzərində düşündükdən sonra bankir təklifi qəbul edir. Hal-hazırda Jozef bankın baş icraçı direktor vəzifəsini tutur və həmin şirkətin rəhbəridir.

Son xəbərlər
Digər xəbərlər