3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda son rübdə xaricdən pul köçürmələrin həcmi kəskin artdı

Azərbaycana 2020-ci ilin 3-cü rübü ərzində göndərilən fiziki şəxslər üzrə pul baratlarının həcmi 148 milyon ABŞ dolları təşkil edib. Bu isə az qala öncəki iki rübə (cəmi 151 mln. dollar idi) bərabər vəsait daxil olub.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Cari ilin birinci rübündə 66 milyon dollar, ikinci rübündə isə 85 milyon dollar fiziki şəxslərin pul baratları daxil olmuşdu.

2020-ci ilin üçüncü rübündə fiziki şəxlərə 310 mln. dollar daxilolma, 162 mln. dollar isə xaricə ödənişlər edilib. Cari ilin ilk rübündə daxilolmaların həcmi 188 mln. dollar, ödənişlərin həcmi 122 mln. dollar, ikinci rübündə daxilolmaların həcmi 184 mln. dollar, ödənişlərin həcmi 99 mln. dollar olub.

Cəmi olaraq isə pul baratların həcmində cəmi 299 milyon manat müsbət göstərici qeydə alınıb. Lakin, bu 2019-cu ilin ilk üç rübündə 503 mln. dollar pul baratlarından vəsait daxil olmuşdur.

 

Son xəbərlər
Digər xəbərlər