9 C
Baku
Thursday, December 12, 2024

Epidemiya əleyhinə rejimin pozulmasına görə cərimələr artırıldı

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb

Banker.az xəbər verir ki, dəyişikliklə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr artırılıb.

Dəyişikliklə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə – fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 5 min manatdan 11 min manatadək məbləğdə cərimə ediləcək.

Son xəbərlər
Digər xəbərlər