Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən hava nəqliyyatı vasitələrinin sığortası üzrə 15 milyon 754 min manata yaxın sığorta haqqı toplanıb, 2 milyon 61 min manat məbləğində sığorta ödənişi həyata keçirilib.
“Banker.az”a Mərkəzi Bankdan verilən məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə hava nəqliyyat vasitələrinin sığortası üzrə toplanan haqlar 5 milyon 137 min çox, ödənişlər isə 3 milyon 634 min azdır.
Həmçinin qeyd edək ki, cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən dəmiryol nəqliyyatı vasitələrinin sığortası üzrə 36 min manat məbləğində sığorta haqqı toplanıb, qeyd edilən dövr ərzində sığorta ödənişi olunmayıb.