7 C
Baku
Sunday, December 15, 2024

Gələn il Azərbaycanda “yığım-tikinti bankı” yaradıla bilər – AMB

2021-ci ildə maliyyə sektoru üzrə siyasət maliyyə sabitliyinin qorunması, pandemiyadan təsirlənən iqtisadi subyektlərə dəstək, habelə maliyyə vasitəçiliyinin və bazarlarının dərinləşdirilməsi kimi istiqamətlərə yönəldiləcəkdir. Bütün bunlar maliyyə sektorunun iqtisadi artımda rolunu daha da yüksəltməlidir.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2021-ci il üzrə pul siyasətinə dair bəyanatında deyilir.

“İpoteka kreditləşməsinin bazar mexanizmləri vasitəsilə genişləndirilməsi ölkədə əmlak-tikinti sektorunun inkişafında mühüm rol oynayacaqdır. Bu istiqamətdə yığım-tikinti bankının yaradılması məsələsinə baxılacaqdır”.

Son xəbərlər
Digər xəbərlər