8 C
Baku
Friday, December 13, 2024

AMB: 3 sığorta şirkəti sektordan kənarlaşdırılıb

Yaranmış qeyri-müəyyən şəraitə və iqtisadiyyatda resessiyaya baxmayaraq, sığorta sektorunda ilin əvvəlindən başlanmış artım davam edir. Ötən ilin müvafiq dövrünə nəzərən 11 ayda sığorta haqları 9% artmışdır. Sığorta haqları könüllü həyat sığortasında 14%, könüllü qeyri-həyat sığortasında 7%, icbari sığorta növlərində isə bütövlükdə 4% artmışdır.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2021-ci il üzrə pul siyasətinə dair bəyanatında deyilir.

Sığorta sektorunun aktivlərində ciddi azalma müşahidə edilməmişdir. Hazırda sektorun kapital mövqeyi onun yüksək ödəmə qabiliyyətini təmin edir. Dövr ərzində məcmu kapitalı məqbul səviyyədə olmayan 3 sığorta şirkəti mövcud qanunvericilik çərçivəsində görülən nəzarət tədbirləri nəticəsində sektordan kənarlaşdırılmışdır.

Sığortaçıların istehlakçılara münasibətdə bazar davranışları ciddi nəzarətdə saxlanmışdır. Sığorta qanunvericiliyinin təkmilləşdirilməsi, onun qabaqcıl beynəlxalq sığorta təcrübələrinə uyğunlaşdırılması, sığorta fəaliyyətinin rəqəmsallaşdırılması, peşəkar kadrların hazırlığı, sığorta istehlakçılarının maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir.

Son xəbərlər
Digər xəbərlər