6 C
Baku
Saturday, December 14, 2024

Dollar Türkiyədə də ucuzlaşdı – 7.4 səviyyəsindən aşağı düşdü

Türkiyədə ABŞ dollarının məzənnəsi 7.3837 lirəyə qədər ucuzlaşıb. Bu da dollar/lirə (USD/TRY) cütlüyü üçün cari ilin sentyabrın ilk günündən bu tərəfə ən aşağı göstəricidir.

Banker.az xəbər verir ki, bu da günlük dolların 6 kuruş, yəni, 0.74 faiz ucuzlaşmasıdır.

Ötən həftənin çərşənbə axşamı isə USD/TRY cütlüyünün məzənnəsi 7.6574 təşkil edirdi. Türkiyə Mərkəzi Bankın (TCMB) sərt qərarı – uçot faiz dərəcəsini 15%-dən 17%-ə qədər yüksəltdikdən sonra lirə bir çox ticarət tərəfdaşları qarşısında bahalaşmışdı. Dolların ucuzlaşmasında əsas motivlərdən birinin də ABŞ dollarının məzənnəsinin qlobal birjalarda ucuzlaşmasıdır.

Lakin, əsas ucuzlaşma səbəbi hələ də TCMB-nin qərarının olduğunu bildirirlər. Çünki eyni qaydada, avro da 0.58% ucuzlaşmaqla 9.0422 lirəyə qədər azalıb.

Nüfuzlu “Goldman Sachs” dolların 2021-ci il ərzində də ucuzlaşmaqda davam edəcəyi proqnozunu da verib

 

Son xəbərlər
Digər xəbərlər