Böyük Britaniyanın “International Finance” jurnalının 2020-ci il üzrə araşdırmasına əsasən, “Unicapital İnvestisiya Şirkəti” ASC iki nominasiya üzrə qalib olub.
Banker.az bu barədə quruma istinadən xəbər verir.
Belə ki, araşdırmaların nəticəsi olaraq, Unicapital “Azərbaycanda Ən Yaxşı İnvestisiya Şirkəti -2020” və “Azərbaycanda Ən Yaxşı Broker Xidmətinin Təşkili- 2020” mükafatlarına layiq görülüb.
Mükafat aşağıdakı göstəricilər əsasında təqdim edilib:
- Şirkətin bazardakı payı
- Müştəri məmnuniyyəti və reputasiya
- Maliyyə göstəriciləri və inkişaf perspektivi
- Xidmətlər üzrə müştərilərin sayı və həcmi
- Anderraytinq xidmətinin keyfiyyəti
- Portfelin idarə olunması üzrə strategiyalar
- Əqd-lərin sövdələşməsi və maliyyə həlləri
- Tətqiqat və investisiya məsləhəti
- Yeni bazarlara çıxış və innovativ yanaşma
Qeyd edək ki, Unicapital 2007-ci ildən etibarən yerli və beynəlxalq bazarlarda qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin, törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir.