6 C
Baku
Monday, December 16, 2024

Avropa İttifaqı və Böyük Britaniya arasında rəsmi müqavilə imzalandı

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Avropa Şurasının sədri Şarl Mişel arasında “Brexit”dən sonra ticarət və əməkdaşlıq haqqında rəsmi müqavilə imzalanıb.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Bildirildiyi kimi, sənədlər Böyük Britaniyanın baş naziri Boris Conson tərəfindən imzalanması üçün ingilis tərəfinə göndəriləcək.

Qeyd edək ki, “Brexit”dən sonrakı ticarət müqavilələrinin müddəaları ilə bağlı danışıqlar bir neçə aydır ki, davam edir. Tərəflər arasındakı əsas fikir ayrılıqları balıqçılıqla bağlı olmuşdur: İngiltərə bir sıra zonalar üzərində suverenliyini, digər Avropa ölkələri isə bu ərazilərdə ov aparmaq hüquqlarını qorumağa çalışırdı.

Keçən həftə Böyük Britaniya və Avropa Komissiyasının nümayəndələri “Brexit”dən sonrakı əməkdaşlıq barədə razılığa gələ bilmirlər. Qərar Avropa Parlamenti və Böyük Britaniya Parlamenti tərəfindən təsdiq edilməlidir.

Son xəbərlər
Digər xəbərlər