3 C
Baku
Saturday, December 14, 2024

Putin mitinqlə bağlı qaydaları sərtləşdirdi

Rusiya Prezidenti Vladimir Putin yeni qanun imzalayaraq mitinqlərin keçirilmə qaydalarını sərtləşdirib.

Sözügedən sənəd hüquqi məlumatların rəsmi portalında dərc edilib.

Yeni qanun fövqəladə hallar xidmətinin binaları yaxınlığında mitinq və piketlərin keçirilməsini qadağan edir, fövqəladə hallar və ya terrorizm təhlükəsi səbəbindən ictimai aksiyaları təxirə salma imkanı verir.

Daha ətraflı

Sənəd eyni zamanda kütləvi tədbirlərdə medianın iş qaydalarını sərtləşdirir. Belə ki, jurnalistlərə ictimai tədbirin təşkilatçıları və iştirakçıları tərəfindən həyata keçirilməli olan bir sıra hərəkətlərə yol vermək və onun keçirilməsində birbaşa iştirak etmək qadağan edilir.

Mitinq zamanı mətbuat işçisi təmsil etdiyi redaksiyanın nişanını daşımalıdır. Nişanın təsvirinin “Roskomnadzor” tərəfindən Daxili İşlər Nazirliyi, “Rosqvardiya, FSO və jurnalist cəmiyyəti ilə razılaşdırılaraq hazırlanacağı bildirilib.

Həmçinin qanuna görə, məhkəmə bir fikir ətrafında keçirilən bir neçə təknəfərlik piketi mitinq kimi nəzərə ala bilər.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər