Böyük Britaniya parlamenti Aİ ilə sazişi II oxunuşda qəbul edib

Böyük Britaniya parlamentinin icmalar palatası Avropa İttifaqı ilə sərbəst ticarət sazişini II oxunuşda qəbul edib.

Gələn il yanvarın 1-dən qüvvəyə minəcək sənədin lehinə 521 səs, əleyhinə isə 73 səs verilib.

Xatırladaq ki, “Brexit” sonrası dövrdə əməkdaşlığın şərtlərinə dair aylarla davam edən ağır danışıqlardan sonra dekabrın 24-də tərəflər sərbəst ticarət və sair məsələlərə dair razılığa gəliblər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər