6 C
Baku
Saturday, December 14, 2024

“Google Docs” proqramında boşluq aşkar edən tədqiqatçı 3,1 mln. dollarla mükafatlandırılıb

“Sreeram KL” adlı təhlükəsizlik üzrə tədqiqatçı “Google Docs” proqramı sənədlərində təhlükəli boşluq aşkarlayıb.

Banker.az xəbər verir ki, bununla bağlı tədqiqatçının “Geeky Cat” adlı bloqunda deyilir. Belə ki, ekspertin sözlərinə görə, boşluq istifadəçilərə ekran görüntülərini avtomatik olaraq rəylərə və səhvlər haqqında hesabatlara əlavə etməyə imkan verən əks-əlaqə alətində mövcud olub.

Haker tərəfindən ekran görüntülərinin “Google” serverlərinə göndərilməsi zamanı aşkarlanan boşluq məxfi sənədlərdəki şəkilləri asanlıqla ələ keçirə bilib. “Sreeram KL” səhv barədə “Google” şirkətini məlumatlandırdıqdan sonra boşluq operativ şəkildə aradan qaldırılıb. Bundan başqa, şirkət tərəfindən təhlükəsizlik üzrə tədqiqatçıya mükafat qismində 3,1 milyon dollar ödənilib.

Son xəbərlər
Digər xəbərlər