Ötən ilin dekabr ayında texniki itki nəzərə alınmaqla daxil olan 30 milyon 155 min kV/saat elektrik enerjisinin dəyəri 2 milyon 530 min manat olub.
Banker.az xəbər verir ki, cəmi 2 milyon 527 min manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 99.9 %-ini təşkil edir.
Belə ki, keçən ilin son ayında Muxtar Respublikanın müəssisə və təşkilatlarına verilən elektrik enerjisinin ümumi həcmi 19 milyon 835 min kvt/saat təşkil edib. Büdcə təşkilatlarına verilən elektrik enerjisinin ümumi dəyəri 1 milyon 785 min manat, daxil olan vəsaitin həcmi 1 milyon 782 min manat olub. Müəssisə və təşkilatlarının elektrik enerjisinin istifadəsinə görə yığımı 99.9 % olub.