ÜST mütəxəssisləri Çinə gedir

Dünya Səhiyyə Təşkilatının mütəxəssislərdən ibarət bir heyəti tərəflərin razılığına uyğun olaraq, “COVID-19”un mənşəyini öyrənmək üçün 14 yanvarda Çinə səfər edəcək.

Bu barədə Çin Xalq Respublikasının Dövlət Səhiyyə Komitəsi açıqlama verib.

““COVID-19”un mənşəyinin səbəblərini araşdırmaq üçün ÜST tərəfindən təyin olunan bir qrup beynəlxalq ekspert 14 yanvar tarixində Çinə səfər edəcək”,-deyə açıqlamada bildirilib.

mazda.az

Daha ətraflı
Araşdırmaların Çin mütəxəssisləri ilə birlikdə əməkdaşlıq çərçivəsində aparılacağı qeyd edilib.

Mütəxəssilər qrupunda Yaponiya, Qətər, ABŞ, Almaniya, Vyetnam, Avstraliya, Hollandiya, İngiltərə və Danimarkadan nümayəndələr yer alacaq.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər