Cari ilin yanvar ayının doqquzunda Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinə (RPİ) şəhər ərazisində fəaiyyət göstərən mağazalardan birinə saxta əsginas verilməsi ilə bağlı məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, RPİ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əsginasları dövriyyəyə buraxmaqda şübhəli bilinən Samux rayon Çobanabdallı kənd sakinləri, əvvəllər məhkum olunmuş Elvin Məmmədov, Tofiq Məhərrəmov, Orxan Bağırov və pulları hazırlayan Gəncə şəhər sakini Vasif Tağızadə saxlanılıb. Aparılan istintaq-əməliyyat tədbirləri nəticə V.Tağızadənin kirayə götürdüyü mənzilə baxış keçirilmiş və oradan saxta pul hazırlayan çap vasitələri, 100 və 50manatlıq saxta əsginaslar götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.