2020-ci ilin yanvar-noyabr aylarında ictimai iaşə dövriyyəsi 457.9 milyon manat olub.
Banker.az Bakı Şəhər Statistika İdarəsinin hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə real ifadədə 53.1 faiz azdır.
Belə ki, hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 34.2% azalaraq 293.3 milyon manat olmuşdur.