ABŞ Nümayəndələr Palatası vitse-prezident Mayk Pensdən hazırkı prezident Donald Trampın vəzifəsindən uzaqlaşdırılmasını tələb edən qətnamə qəbul edib.
Banker.az bu barədə “Vedmosti”yə istinadən xəbər verir.
Qeyd edək ki, Pens palatanın sədri Nensi Pelosiyə məktub göndərərək, prezidentin vəzifələrini icra edə bilməməsi ilə bağlı Konstitusiyaya 25-ci düzəlişin tətbiq edilməsini rədd edib.
Pens Trampın prezidentlik müddətinin bitməsinə səkkiz gün qaldığını və bu cür hərəkətlərin dəhşətli presedentə çevriləcəyini vurğulayıb. Onun sözlərinə görə, düzəlişin tətbiqi cəza və ya qəsb deyil.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 3 noyabrda keçirilib. Dekabrın 15-i seçicilər kollegiyası Baydenin qələbəsini təsdiq edib. O, 306 seçici sayı toplayıb. Yanvarın 6-da ABŞ Konqresi Baydenin qalib gəldiyini açıqlayıb. Tramp səsvermənin nəticələrini tanımır və onların saxtalaşdırıldığını söyləyib.
Eyni gündə Tramp tərəfdarları Vaşinqtonda ona dəstək olmaq üçün etiraza çıxıblar qalxıblar. Onlar Konqresin binasına basqın ediblər və ölkədə keçirilən seçkilərin nəticələrinin təsdiq edilməsi prosesinə mane olublar. Daha sonra Konqres Cozef Baydenin prezident seçkilərində qalib gəldiyini təsdiq edib. Kapitoliya hücumundan sonra Konqresdəki demokratlar Trampı qiyam qaldırmaqda günahlandırıblar və onun impiçmentini tələb etməyə başlayıblar.