6 C
Baku
Monday, December 16, 2024

Banklar üçün “dividend məhdudiyyəti” müddəti uzadılıb

Azərbaycan Mərkəzi Bankı ölkədə fəaliyyət göstərən koronavirus pandemiyasına görə bankların kapital mövqeyinin və maliyyə dayanıqlığının qorunması məqsədilə ötən illərin nəticəsi üzrə dividend ödənişlərinin təxirə salınması tarixi uzadılıb.

Banker.az xəbər verir ki, bununla bağlı qərarı AMB sədri Elman Rüstəmov imzalayıb.

Qərara əsasən bankların dividend ödəniş müddəti 1 aprel 2021-ci il tarixinədək uzadılıb. Bundan əvvəl isə məhdudiyyətin bitmə tarixi 1 yanvar 2020-ci il tarixinədək idi.

Qeyd edək ki, AMB-nin İdarə Heyətinin 2020-ci il 24 aprel tarixli qərarı “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası” təsdiq edilmişdi.

Digər dəyişiklikdə isə, 5-ci hissədə “2020-ci il üzrə isə aralıq dividend ödənişləri həyata keçirilməməlidir” sözləri çıxarılıb.

Son xəbərlər
Digər xəbərlər